Şənbə , 4 May 2024
Drone Cameras

Sonuncu Qarabağ müharibəsi şəhidinin Elçibəy haqqında yazdığı yazı

Türkçü lider.

Türklük bir şərəfdir, kimlərsə bunu qəbul etmək istəmirsə o insanlara qarşı çıxmayın! Bir insan vətənini niyə sevsin? Öz türklüyünə niyə bağlı olsun? Nə səbəbə bütün varlığını bu yolda həsr etsin? Bu suallar yalnız cavabını özün verəcəyin suallardır. Əgər ki, vətənini niyə sevməli olduğunu bilmirsənsə deməli heç zaman bu vətəni sevə bilməzsən.

Vətəni sevmək üçün vətəni tanımaq lazımdır. Sənə yastığnı vətən daşı, yorğanını qar edən vətənini. 3-5 qəpiyə dəyişəcəyin vətəni yox.

Vətən sənə hər zaman güllük-gülüstanlıq olmayacaq. Hələ bu vətən bir türk vətənidirsə heç zaman. Sən hər zaman nələrinsə uğrunda mübarizə aparmalı olursan. Bu yolda hər daim nələrisə qurban verməli olursan. Qurban verdiklərindir sənin vətənini ucaldan. Aldıqların deyil…


Gedilən yol çox uzun yoldur. Yolunu bəzən kollar örtəcək, bəzən rahatlığın səni öz yolundan uzaqlaşdırmağa çalışacaq. Gediləcək yolda hər zaman bir gözətçin olmalıdır. Bu gözətçilər səni yolun sonuna aparacaq olan kəslərdir.


Elçibəy!

Vətən anadır, vətən ailədir, vətən övladdır, vətən kimliyindir, vətən şərəfdir. Bu sözləri hər birimiz bilirik. Amma Elçibəy yolu bu sözlərin gerçəyidir. Bəyimiz insanlara türklüyünü, vətən sevgisini dərk etməyi öyrədib. Elçibəy dəyərlərimizə sahib çıxmağı öyrədib bizə. Bu şəxs millətin son qəpiyinə sahib çıxmağı öyrədib. Əlbəttə bu öyrətdikləri böyük qüvvələrin maraq dairəsinə sığışmayacaq bilgilərdir.

Bu səbəbdəndə hər daim Bəyimizi öz kirli qarayaxmalarıyla, öz seçilmiş insanlarıyla qaralamağı özlərinə əsas amal seçmişlər. Axı Azərbaycanımızın büdcəsini rahatlıqla mənimsədikləri anda Elçibəy kimi birinin bu sərvət bu millətindir deməsi, Azərbaycan torpaqları üzərində öz dövlətlərini qurduqları halda Bəyimizin buralar Azərbaycan torpağıdır deməsinə niyə razı olsunlar?

Böyük Azərbaycan amalının çox uzun bir yolu var. Bəzi insanlar var ki, özlərini getdikləri yola qurban verirlər. Bu insanların böyük əksəriyyətinin yol bələdçisi isə Elçibəyimizin qoyduğu xəritədir. Bu xəritəni çizmək üçün özünü qurban verdiyi xəritə. Hər zaman demişdi – Mən gənc nəsillə geri dönəcəm. Bəlkə də çox insan bunu yalnış yöndə anlaya bilər. Amma bu dönüş gənc nəsilin yetişməsi üçün onlara açdığı yolun xəbəri olmuşdur. Bu səbəbdəndir ki, 18 il keçməsinə baxmayaraq hələ də bu yola daş qoymaq istəyənlər vardır.

Çox təəssüf ki, bu daşları qoyanların əsassız fikirləri ortalıqdan çıxmır. Elçibəy türkçü deyil, türkiyəçi biri olmuşdur bəhanələri. Maraqlısı isə odur ki, bu fikirləri deyənlərin türkçülüklə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ən azından bu məqam belə atılan şər-böhtanın iç üzünü ortaya qoyur. Elçibəy türkiyəçidir deyənlərədir sözüm –Məgər Elçibəy SSRİ dövründən qalan gəmilərin Rusiya ilə bölgüsü zamanı Rusiyadan daha çox gəmiyə Türk dövlətlərinin sahib olması üçün Azərbaycana verilən gəmilərin sayının azaldılmasını qəbul etməmişdimi?!

Məgər Elçibəyin Rusiyaya qarşı tutduğu Qafqaz xalqlarıyla bağlı siyasi vəziyyətdən xəbəriniz yoxdurmu? Bu siyahını Uyğur türkləriylə, Krım türkləriylə olan münasibətlərə kimi uzatmaq olar. Və daha bir açıqlama da bu gün bu yolun davamçılarının digər türk dövlətləriylə bağlı əlaqələrini Elçibəyin yürütdüyü siyasətin davamı kimi görə bilərsiniz əgər görməkdə probleminiz yoxdursa.


“Maraqlısı isə odur ki, bu fikirləri deyənlərin türkçülüklə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”- indi isə bunun açıqlamsına gələk. Həmin şəxslərin gördüyü işlərdən biridə “gəzintilər və s, nəyin hesabınadır?” sualını verərsək yəqin ki, sonluğun cavabını indidən biləcəksiniz. Qayıdaq İran “İslam” Respublikasınının ətəklərindən yapışmaqlarına. Sözdə Azərbaycana qardaş ölkə olduqlarını iddia edirlər. Bəs sizə bir sualım –Hansı bir qardaş ölkə 40 milyonluq bir millətin öz dilini əlindən almağa çalışar?

Hansı bir qardaş Xocalı soyqırımında əli millətimizin qanına batmış “dövlətin başçısını” Novruz tədbirlərinə dəvət edər? Hansı qardaş qardaşı öz torpağını qorumağa çalışdığı zaman onun düşmənlərinə yardım edər? Sözdə niyə Dərbəndimizi, Borçalımızı dilə gətirmirik. İlk öncə bu sözü deyənədir sözüm. Təbriz Azərbaycanındır sözünü de və daha sonra “ Bizim Bütöv Azərbaycanın “ torpaqlarını heç bir zaman dilimizdən əskik etmədiyimizi görəcəksən!

Bu silahdaşların məqsədləri guya ki, Qarabağ məsələsini həll etmək üçün özümüzə dost qazanmaq düşüncəsi imiş.
Biz işgal etməmişik, işgala meruz qalan terefik. Buna göre BMT nin haklı olmagımızı göstərən 4 qətnaməsi var. Haklının yanında olmaq dürüstlük teleb edən məsələdir. Nadürüstlər tərəfimizdə olmasalarda olar. Bu haqq işimizdə semimiyyetsiz dostlara güvənməkdənsə tənha qalmaq yaxşıdır.

Məhəmmədəli İbrahimli

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …