Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sosial şəbəkələrdə saxta profillər işlədənlərin NƏZƏRİNƏ

Sosial şəbəkələrdə saxta profillərin artması ciddi narahatlıq doğurur. Mütəxəssislərin və istifadəçilərin fikrincə, bu tip hesabların əsas məqsədi anonim qalaraq dezinformasiya yaymaq, təhqir və qeyri-etik məzmunlu şərhlər yazmaqdır.

Boyukmillet.com xəbər verir ki, bəzi vətəndaşlar bildirirlər ki, xüsusilə uşaqlar üçün nəzərdə tutulmayan kontentlərə nəzarətsiz giriş halları da artır. Onların fikrincə, bu vəziyyət sosial media istifadəsinin daha sərt tənzimlənməsini gündəmə gətirir.

Sakinlər ümumiyyətlə sosial şəbəkələrin məhdudlaşdırılmasının daha düzgün ola biləcəyini düşünür.

Beynəlxalq təcrübəyə gəldikdə, Yunanıstanda saxta profil istifadəsinin qarşısını almaq üçün yeni qaydalar müzakirə olunur. Planlaşdırılan mexanizmə əsasən, hər istifadəçinin yalnız bir real şəxsə bağlı hesab açması nəzərdə tutulur.

Mövzu ilə bağlı İKT mütəxəssisi Asim Namazov bildirib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən tənzimləmələrin tətbiqi mümkündür. Onun sözlərinə görə, burada əsas məsələ təhlükəsizliklə şəxsi məlumatların qorunması arasında düzgün balansın saxlanılmasıdır.

Mütəxəssislər hesab edirlər ki, əgər sosial mediaya nəzarət güclənsə. klavyatura arxasında əyləşənlər platforma normalarına qarşı daha diqqətli ola bilərlər.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …