Bazar , 15 Noyabr 2026
Drone Cameras

Stavropol diyarında baş verən yanğında dörd nəfər ölüb

Rusiyanın Stavropol diyarında baş verən yanğında biri uşaq olmaqla dörd nəfər ölüb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Fövqəladə Hallar Nazirliyinin bölgədəki baş idarəsindən məlumat verilib.

Hadisə Qorkaya Balka kəndindəki fərdi evdə baş verib. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğının qarşısı alınıb və hazırda hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …