Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə məlumat verib.
İclasda Şuranın elan etdiyi “SƏLİS Jurnalist” yazı müsabiqəsinin Müsabiqə Komissiyasının formalaşdırılması məsələsinə baxılıb və onun tərkibinin Azərbaycanın tanınmış 5 media qurumunun rəhbərlərindən ibarət olması haqqında qərar qəbul edilib.
Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Şahin İsmayılov, Əliməmməd Nuriyev, Nərgiz Eyvazova, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra Şuranın 8 qurumla birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub. Müsabiqənin elanı Şuranın internet saytlarında yerləşdiriləcək.
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …