Suriya hakimiyyəti Livan məhkəmə sisteminə keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədin ekstradisiyası tələbi ilə sorğu göndərib.
Boyukmillet.com “L’Orient-Le Jour” qəzetinin məlumatına istinadən xəbər verir ki, Hilal Əsəd11 sentyabrda Livan ordusunun Bekaa vadisində narkotik qaçaqmalçılığına qarşı əməliyyatı zamanı tutulub və məhkəməyə təhvil verilməzdən əvvəl hərbi kəşfiyyat zabitləri tərəfindən dindirilib.
2 sentyabrda Livanda Ələvi icmasından olan gənclər üçün hərbi təlim keçən bir qrup keçmiş Suriya ordusu zabiti saxlanılıb.
Bundan əvvəl avqustun 14-də öz ölkəsində daxili münaqişə zamanı müharibə cinayətləri törətməkdə ittiham olunan keçmiş Suriya ordusu generalı Adel İsa Livandan qovulub. İsanın Suriya hakimiyyətinə ekstradisiyası qərarı axtarışda olan vətəndaşların ekstradisiyasını nəzərdə tutan ikitərəfli məhkəmə əməkdaşlığı müqaviləsi çərçivəsində qəbul edilib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
