Bazar , 15 Noyabr 2026
Drone Cameras

Suriyada ABŞ bazalarına hava zərbəsi nəticəsində bir neçə amerikalı əsgər yaralanıb

Çərşənbə günü ABŞ-ın Suriyanın şimalında iki hərbi bazasının atəşə tutulması nəticəsində üç amerikalı hərbçi xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Pentaqonun məlumatına görə, ABŞ-ın “Green Village” və Konokodakı hərbi bazaları atəşə tutulub.

“Konoko Dəstək Missiyasının bir üzvü yüngül xəsarət aldıqdan sonra ona tibbi yardım göstərilib və xidmətə qayıdıb. Digər iki nəfər isə yüngül xəsarət aldıqdan sonra müayinədən keçirilir”, – məlumatda deyilir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …