Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Suriyada Türkiyənin 3 hərbçisi şəhid olub, 11-i yaralanıb – YENİLƏNİB

 Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə 3 türk hərbçisi şəhid olub, 11-i yaralanıb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib. 

Məlumata görə, hücum nəticəsində 3 hərbçi şəhid olub, 11-i yaralanıb.

*** 09:34

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər. 

Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. Dekabrın 21-də “Fırat Kalkanı” əməliyyatının 120-ci günüdür.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir