Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Suriyanın paytaxtında güclü partlayış baş veribl

Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində avtomobillərin sıx olduğu yolda güclü partlayış səsi eşidilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar.

“Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib və təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Partlayışın baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …