Şənbə , 15 Mart 2025
Drone Cameras

Suriyaya humanitar yardım… YPG terrorçularına rəğbət fonunda

Çexiya Qırmızı Xaç Cəmiyyətinin təşkil etdiyi təxirəsalınmaz humanitar yardımın birinci partiyası Suriyaya gətirilib. Suriyaya ümumi məbləği 4,5 milyon kron (166 min avro) olan cəmi iki belə partiya göndəriləcək. Çexiyadan dializ avadanlığı və 22 əlil arabası gəlib. Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa da Suriyaya səfər edib. O, humanitar yardımı Suriyaya, o cümlədən Hələbə buraxılması üçün Suriya siyasətçiləri ilə bir sıra görüşlər keçirəcək.

Praqa humanitar fəaliyyət göstərsə də, bu il kürdlərin “Demokratik İttifaq” Partiyasının (PYD) ofisi üçün bina ayırmaq kimi qalmaqallı qərarı ilə özünü əməlli-başlı nüfuzdan salıb. PYD-nin hərbiləşdirilmiş qanadı olan Suriya Xalq Özünümüdafiə Dəstələri (PYG) Kürdüstan İşçi Partiyası (PKK) terrorçu təşkilatı ilə sıx əlaqələr saxlayır.

 

azertag.az

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir