Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Şuşa bəyannaməsi, eyni zamanda, bir əsirlik işğaldan azad olan Qarabağın təhlükəsizdiyinin zəmanətidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı çevik humanist siyasətinin nəticəsi olaraq, qısa bir müddətdə ölkəmiz bütün sahələrdə inkişaf edərək, böyük uğurlara imza atır. Prezident İlham Əliyev 44 günlük möhtəşəm Qarabağ müharibəsində qazandığı misilsiz uğurlarımızın memarıdır: məhz onun sərkərdəliyi ilə qəhrəman ordumuz 1920-ci ildən bu yana, ümumilikdə, bir əsr gəlmələrin işğalı altında olan torpaqlarımızı azad etdi, məmləkətimizin yeni qəhrəmanlıq tarixini yazdı.

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında, 2021-ci ilin iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki dövlət arasında tarixi münasibətlərin yeni mərhələsinin təməlini qoydu. Şuşa Bəyannaməsi, eyni zamanda, regionda sülhün, rifahın və iqtisadi inkişafın əsasını təmin edəcəkdir. Azərbaycan – Türkiyə bərabərliyi keçmiş tarixə söykənən, qanbağı qardaşlığından irəli gəlir. Hər iki dövlət, qurucularına, qardaşlıqlı münasibətlərinə sadiq qalaraq, hər zaman bir-birinin yanında olmuşlar.

Mustafa Kamal Atatürk dəyərli kəlamlarının birində söyləmişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Bir millət – iki dövlət, Azərbaycan – Türkiyə.”

Təsadüfü deyil ki, 2006-cı ildə, Heydər Əliyev Bakı – Ceyhan neft boru kəməri xəttini qardaş ölkənin ərazisindən keçirərək, Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Eyni zamanda, 44 günlük II Qarabağ müharibəsində Türkiyə bütün imkanlarıyla, sonadək Azərbaycanın yanında oldu.

Qarabağ Zəfərində Türkiyə istehsalı olan “Bayrakdar TB2” pilotsuz uçuş aparatlarının müstəsna rolu danılmazdır. Elektronika sahəsində elmi inkişafda olan Türkiyə, ilk dəfə olaraq, “Texnofest Azərbaycan” sərgi-tədbirini bizim ölkədə təşkil etdi. Hərçənd, bu sahə üzürə Türkiyə bütün dünyaya, tək qardaş ölkə saydığı Azərbaycan istisna olmaqla,
qapılarını bağlamış.

Şuşa Bəyannaməsi müttəfiqliyin geo-strateji əhəmyətini artıraraq, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edəcəyi məlumudr. Şuşa şəhərində Türkiyənin Baş Konsulluğunun açılması qərarı, daha da möhkəmləşməkdə olan əlaqələrimizin carçısıdır.

Bəyannamə əsasında Azərbaycan və Türkiyə münasibətlərinin müttəfiqlik zirvəsinə ucalaraq, bütün sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasət, iqtisadiyyat, enerji təhlükəsizdiyi, nəqilyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər sahələri özündə əks etdirir.

Eyni zamanda Zəngəzur dəhlizi,böyük iqtisadi və geo-siyasi əhəmiyyətə malikdir. Azərbaycanla Türkiyə arasında dəmiryolu və aftomobil yolunu birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevirilməkdədir. Bu layihənin həyata keçməsi, ərazidəki qonşu dövlətlərin də inkişafına böyük təsiri olacaqdır. Azərbaycan bunula yanaşı, dünyaya, multikulturalizmi həqiqətdə özündə əks etdirən dövlət olaraq, Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarımızın inteqrasiyasına əlavə imkanlar yaratmışdır.

Türkiyə dövlətinin Qarabağda sülhməramlıları kimi xidmət aparması, yenidənqurma işlərində yaxından iştirak etməsi, əraziyə investisiyaların cəlb olunması, turizimin inkişafı, məhz elə Şuşa Bəyannaməsinin bəhrəsidir. Bununla da Azərbaycan və Türkiyə qardaşlığı dünyaya bir mesaj olaraq, əbədi və müştərək zəngin tarixə malik olmalarını sübut etdi.

Həsən Əliyev

İSBAM departament rəhbəri

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …