Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Şuşada keçiriləcək “Xarı bülbül festivalı” və Vaqif Poeziya Günləri bütün dünyaya səs salacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul olunması barədə qərarlar ümumiləşmiş formada Azərbaycan tarixi və mədəniyyətinin vəhdət olunmuş şəkildə təbliğatı üçün əsaslar yaradır. İstər Nizami Gəncəvinin şəxsiyyəti, istərsə də Şuşa şəhəri Azərbaycana nə qədər əzizdirsə, Türkiyə və xalqımız üçün də bir o qədər əziz və dəyərlidir. Heydər Əliyev Mədəniyyət Mərkəzi olaraq bu iki zəngin mənəvi dəyərə söykənib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar deyib.

Ümummilli lider Heydər Əliyevin görkəmli şəxsiyyətlərimizin və tariximizin üzə çıxarılması və dünyada tanıtdırılması istiqamətində mühüm qərarlar qəbul etdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Bilal Dündar deyib: “Fundamental dövlətçilik ənənələrinin qorunması Azərbaycanın çoxşaxəli inkişafına, xüsusilə tarixə və mədəniyyətə bağlı dəyərlərin gücünü artırmağa yeni-yeni imkanlar yaradır. Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatının misilsiz inciləridir. Əminəm ki, “Nizami Gəncəvi İli” çərçivəsində böyük filosofun əsərləri bir daha dünya dillərində nəşr olunacaq və onların ədəbi bazasında yeni-yeni efir əsərləri, tamaşalar ortaya çıxacaqdır. Şuşa isə Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır. Biz də Prezident İlham Əliyevin Nizami Gəncəvi və Şuşa ilə bağlı qərarlarına uyğun olaraq geniş fəaliyyət planı hazırlayacağıq. Əminəm ki, Şuşada keçiriləcək “Xarı bülbül festivalı” və Vaqif Poeziya Günləri bütün dünyaya səs salacaq. Bir daha hamı əmin olacaq ki, Qarabağ Azərbaycandır!”

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …