Şənbə , 27 Aprel 2024
Drone Cameras

Şuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə… – VİDEO

Millət vəkili Qənirə Paşayeva Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, millət vəkili ermənilərin vəhşiliyinin rəmzi olan bu abidələrin bir vaxtlar dövlətimiz tərəfindən Bakıya aparıldığını xatırladıb. O deyib ki, bir vaxtlar bu abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik:

“Lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, ən müdrik qərarı vermiş oldu. Bu qərar dövlət başçımızın uzaqgörənliyinin, qətiyyətinin və haqq işimizin qalibiyyətinə sarsılmaz inamının dəqiq ifadəsidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızın mədəni-mənəvi iqlimi bərpa olunur.

Şuşa azadlıqdan abadlığa keçid dövrünü, quruculuq dövrünü yaşayır. Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız yalnız respublikamızın, Qafqazın deyil, dünyanın ən abad şəhərlərdən biri kimi tanınacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, hər üç sənətkarımızın irsi Şuşada ən yüksək səviyyədə yaşadılacaq. Bununla belə, hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır”. 

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …