Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Təranə Cəlilova Heydər Əliyev haqda yazdı

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır.”

Heydər Əliyev Azərbaycan tarixinə nəzər salsaq, kifayət qədər misallar  göstərə bilərik : qəhrəman qadın hökmdarlar Tomris, Nüşabə, Heyran Nisə Bəyim, ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım Tuti Bikə, təkcə əsərləri ilə deyil, həm də  ictimai-siyasi fəaliyyətləri seçilən  Məhsəti Gəncəvi,  Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri və digərləri.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. .Qadınlarla bağlı heç bir yığıncağ, iclas, qurultay  nəzərindən kənarda qalmırdı. Müsqəilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman  imzaladı.  

1998-ci ildə  Azərbaycan Respublikasının Qadın  Problemləri üzrə  Dövlət Komitəsi yaradıldı.   Zaman  keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu.  Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki,  MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. 1995-ci ildə böyük öndərin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuralarının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə idi.

Qədim mənəvi dəyərlərdən cəmiyyətimizi sağlamlaşdırmaq və möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü idi. Yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərləri, mental xüsusiyyətləri qoruyub saxlayan, taleyini, gələcəyini inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar edən Azərbaycan qadınlarının qabaqcıl hissəsi bu təşəbbüsü nəinki bəyəndi, hətta şüurlu surətdə ona qoşulmaq və onun fəaliyyətində iştirak etmək qərarına gəldi. 1993-1996-ci illərdə Yeni Azərbaycan Partiyasının sıralarına minlərlə qadın daxil oldu.

Bu gün yarım milyonluq möhtəşəm YAP ordusunun 43,5 faizini qadınlar təşkil edir. Onlar təhsil və səhiyyə, mədəniyyət və incəsənət işçiləri, alimlər, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər, təqaüdçülər, evdar qadınlar, ali və orta ixtisas məktəblərinin tələbələri, kənd təsərrüfatında, istehsal sahələrində işləyən qadınlardan ibarətdir.

Bu gün Heydər Əliyev həyatda yoxdur. Amma Azərbaycanın qadınları ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərir. Çünki ölkəmizin birinci xanımı və hörmətli prezidentimizin silahdaşı Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə qadın hərəkatını nəinki canlandırdı, mən deyərdim ki, onun tarixində yeni bir mərhələ açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə qadın hərəkatının forma və metodları müasirləşdi.

Mehriban xanım bütün layihələrində həm zadəgan dəyərlərinin davamçısı, həm də birinci xeyriyyəçi kimi müqəddəs analığın xidmətindədir… Onun təşəbbüsü ilə əlil və valideynsiz uşaqlara sosial himayə göstərilməsi həqiqətən bir ənənəyə çevrildi. Bu gün hətta gənc tələbə qızlar belə, vəsait toplayıb uşaq evlərinə, internat məktəblərinə, fiziki cəhətdən qüsurlu uşaqların tərbiyə aldığı mərkəzlərə gedirlər. Bunlar Mehriban Əliyevaya təqliddir, amma mən belə təqlidi alqışlamaq istəyirəm. Çünki bu təqlid cəmiyyətimizdə ana şəfqətini, milli dəyərlərə pərəstişi artırır. Bunlar mənəvi dirçəliş və yüksəliş əlamətləridir.

Mehriban Əliyeva qadın hərəkatının yönünü həm də təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət və idman proqramlarına çevirdi. Nəticədə onun fəaliyyəti beynəlxalq miqyasda diqqəti cəlb etdi. Bu gün YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin fəaliyyəti Azərbaycan qadınlığının təntənəsinə çevrilib. Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkələr tərəfindən dəstəklənir. Onun nüfuzu və işgüzarlığı sayəsində Azərbaycan YUNESKO tədbirlərinin mərkəzinə çevrilib. Bu silsilə tədbirlər artıq 5 ildir ki, davam edir və Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət göstərir.

Mehriban Əliyevanın Azərbaycan maarifinin dirçəldilməsi istiqamətində miqyası görünməmiş məktəb tikintisi və yenidən qurulması layihələri xüsusilə ucqar bölgələrimiz üçün həqiqi bir mədəni inqilabdır. Xalqın gələcəyi, balalarımızın xoşbəxt sabahı üçün yeni məktəblər tikməkdən, onlara cəmiyyətin ümumi qayğısını təşkil etməkdən səmərəli heç nə ola bilməz.

Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-cı maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər.
Ümummilli lider Heydər Əliyev1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamışdır.

Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.

Respublikada qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratdı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamağı tapşırdı. Bu ulu öndərimizin Azərbaycan qadınlarına göstərdiyi qayğının parlaq nümunəsi idi.
Eyni zamanda qadın problemlərinin həlli zərurəti 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayda qeyd olundu.

Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı 289 saylı Fərmanı respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə olmuşdu. Fərmanda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatların hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, Ümummilli liderimizin , respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.

Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan 27 beynəlxalq Konvensiyaya qoşulub. Onların içərisində “qadınlara münasibətlərdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında” (1979), “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” (1952), “Nikaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında” (1962) Beynəlxalq Konvensiyalara və digər sənədlərə Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.

Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər.

Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparaılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Birinci vitse-presidenti və Ali Qanunverici orqana xanımlar rəhbərlik edir.

Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açan R.Ələkbərov qeyd edib ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.

Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər.

“Qadın həkimlər, tibb bacıları ordumuza böyük dəstək göstərir, hospitallarda yaralı əsgərlərimizin həyatını xilas etmək üçün yorulmadan çalışırdılar”.

Təranə Cəlilova,

Həkim

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …