Çərşənbə axşamı , 31 Dekabr 2024
Drone Cameras

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:

“Nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb. Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.

Check Also

Təyyarə qəzasında xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb

Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə …