Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Təcili : İranda “Qızıl Sultanı” edam edildi – Edam səhər saatlarında Tehranda həyata keçirildi

İranda qızıl bazarını “manipulyasiya etmək üçün iki ton qızıl saxlamaqda” günahlandıran “Qızıl Sultanı” ləqəbli Vahid Mazlumin və iş ortağı Məhəmməd İsmayıl Qasımi edam edilib. 

Boyukmillet.com xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, məhkəmə tərəfindən “yer üzündə fəsad törətmək” ittihamı ilə edama məhkum edilən “Qızıl Sultanı” ləqəbli Mazlumin ilə ortağı Qasımi bu gün səhər saatlarında Tehranda edam ediliblər.

Mazlumin ölkənin valyuta və qızıl bazarını manipulyasiya etmək üçün iki ton (təxminən 250 min ədəd) qızıl saxladığı iddiası ilə həbs olunmuşdu. Ölkə mediasında “Qızıl Sultanı” adlandırılan Mazlumin “iqtisadi sistemi pozmağa yönəlik korrupsiya şəbəkəsi yaratmaq, bu şəbəkəni idarə etmək və ölkə miqyasında böyük miqdarda qeyri-qanuni şəkildə icazəsiz pul və valyuta əməliyyatları aparmaqla yer üzündə fəsad çıxarmaq” maddələri ilə mühakimə edilirdi.

Tehran polis rəisi Hüseyin Rəhimi keçən ay verdiyi açıqlamada, qızıl və valyuta bazarında korrupsiya və manipulyasiya etdikləri səbəbi ilə 147 adamın nəzarətə alındığını bildirmişdi.

 

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir