Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Tənzilə Rüstəmxanlı: “Onunla sərt söhbətimiz oldu”

Bu sözləri “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Zaurla Günaydın” verilişində deyib. 

O bildirib ki, qızının müğənni ilə ailə qurmasına ilk vaxtlar razılaşmayıb:

“Aydan neçə dil bilir, beynəlxalq münasibətlər fakültəsini bitirib. Fikirləşirdim ki, başqa səmtdə adam seçər. Elçinin adını eşitmişdim, amma üzdən tanımırdım. Qızımdan onun adını eşidəndə qızımıza sözümüzü dedik. Dedik ki, olmaz. 

Bir gün gördüm ki, Elçin iş yerimə gəlib. Dedilər, Elçin adlı biri sizi görmək istəyir. Dedim, yəqin başqa adamdır. Gül-çiçəklə otağa daxil oldu, normal qarşıladım. Deyəndə ki, filankəsəm üzüm döndü. Onunla sərt söhbətimiz oldu. Çox çəkinirdi, əli tərləyirdi. İlk vaxtdan razılıq vermədim. Sonrakı davranışları göstərdi ki, seçimimizi düz etmişik. Elçinə güvəndim. 

Övladlarımı sevgi ilə böyütmüşəm. Onları sevgi çələnginin ortasında böyütdüm. Elçinin qızıma sağlam sevgisini gördüm. Quracaqları ailənin sağlam və davamlı olacağında qızımdan çox Elçinə güvəndim. Sonra onu izləməyə başladım. Özünü çılpaqlığı ilə göstərən şou adamlarından kənarda durub, özünə hörmət edir”. (axşam.az)

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir