Cümə , 29 Mart 2024
Drone Cameras

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …