Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Tahir Budaqov Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkili Ramil Həsən və bir qrup azərbaycanlı iş adamı fevralın 29-da Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ŞKTC-nin Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, keçən həftə Azərbaycanda baş nazir Ünal Üstel ilə keçirilən görüşlərdə müzakirə olunan məsələləri nəzərdən keçirmək, investisiya sahələrini yerində görmək üçün ŞKTC-yə səfər edən Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə yerli iş adamları görüşüb. Görüşdə xüsusilə təhsil, turizm, kənd təsərrüfatı və tikinti sektorlarında investisiya imkanları barədə ətraflı məlumat verilib.

Mövzu ilə bağlı yerli mətbuata açıqlama verən Ünal Üstel deyib ki, ŞKTC-Azərbaycan əlaqələri sürətlə inkişaf edir: “Mən ötən həftə Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqovun dəvəti ilə Azərbaycana getdim. Orada çox məhsuldar iş görüşləri keçirdik və bu işlərin bir qismini ŞKTC-də davam etdirmək qərarına gəldik”.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …