Cümə , 22 Noyabr 2024
Drone Cameras

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”

Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

“İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb”, – T. Kazımov qeyd edib.

AMB-nin sədri əlavə edib ki, regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilmiş, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib: “Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib”.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …