Bazar , 25 Oktyabr 2026
Drone Cameras

“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”

“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. “Taliban” qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …