Çərşənbə axşamı , 29 Sentyabr 2020
Home » Cəmiyyət » Tanınmış dietoloq atasının seçki rəqibini “vurdu”: “Dönər, kola paylamaqdan belə çəkinmir”

Tanınmış dietoloq atasının seçki rəqibini “vurdu”: “Dönər, kola paylamaqdan belə çəkinmir”

Tanınmış dietoloq Ləman Süleymanova öz “İnstaqram” səhifəsində ölkədə gedən seçki prosesi ilə bağlı maraqlı paylaşım edib. Həkim-dietoloq atası, ehtiyatda olan polkovnik Əzizağa Süleymanovun deputatlığa namizəd olduğunu yazıb və qeyd edib ki, 85 saylı Şamaxı Seçki Dairəsində rayonun rəhbərliyi tərəfindən təbliğat-təşviqat prosesinə müdaxilələr olunur. L. Süleymanova DSK, MSK və digər əlaqədar qurumlardan prosesi nəzarətdə saxlamağı tələb edib. Dietoloqun şərhini olduğu kimi təqdim edirik:

” Əziz izləyicilərim! Mən həkim olsam da, ölkəmizdə cərəyan edən siyasi proselərlə də yaxından maraqlanıram. Uzun illərdi ki, hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ulu Ondər Heydər Əliyevin siyasi yolunun və onun layiqli davamçısı olan İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm. 2015-ci il Paralament seçkilərində 85 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd olmuşam. Təəssüflə qeyd edim ki, həmin seçki prosesində bir sıra yerli məmurların haqsız rəftarları ilə üzləşdim. Məhz bu səbəblərdən də, bir müddət siyasətdən küsdüm. Amma bu amil məni siyasi əqdəmdən döndərə bilmədi. Biz əslən Şamaxı rayonundanıq. Mənim atam Əzizağa Sülemanov ehtiyyatda olan polkovnikdir. Azərbaycanda Milli Qvardiyanın yaradıcılarından olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Dövlətimizdə aparılan struktur və kadr islahatları atamı da vadar edib ki, növbədənkənar parlament seçkilərində iştirak etsin. Onun namizədliyi 85 saylı Şamaxı Seçki Dairəsindən qeydiyyata alınıb. Çox təəssüflə qeyd etməliyəm ki, həmin Seçki Dairəsində seçki prosesinin təbliğat –təşviqat mərhələsində bir sıra qanun pozuntuları qeydə alınır. Məni bu müraciəti etməyə də məhz həmin amillərin olması vadar etdi. Namizədlər arasında olan bir xanıma rayon rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Məndə olan məlumata görə, rayonun bəzi rəhbər işçiləri həmin xanımı seçki prosesində iştirak edən könüllülərə “gələcəyin real deputatı” kimi təqdim edirlər. Hələlik adının tam çəkilməsini istmədiyim həmin xanım namizəd seçicilərə: dönər, kola içkisi paylamaqdan belə çəkinmir. Halbuki bu qanun pozuntusudur. Yəqin ki, dönər və kola ilə başlayan bu proses gələcəkdə başqa qanun pozuntularına da yol açacaq. Mən DSK və MSK-nı və digər əlaqədar qurumları bu qanusuzluğa göz yummamağa çağırıram. Seçki prosesində sona qədər atamın yanında olacam və prosesləri yaxından izləyəcəm. İmkan verməyəcəm ki, ölkə rəhbərliyinin siyasi iradəsi ilə başladılan bu şəffaf prosesə yerlərdən kimlərsə şəxsi maraqlarına görə müdaxilə edib, onu hörmətdən salsınlar. Hələlik, bu mənim ilk açıqlamamdır. Vəziyyətdə yerində tanış olduqdan sonra, daha ətraflı açıqlama verəcəm. Sabahdan Şamaxının mərkəzi küçələrindən birində polkovnik Əzizağa Süleymanovun Seçki Qərərgahı fəaliyyətə başlayacaq. Qoy, həqiqətən güclü olan, mandata sahib çıxsın! “

Həkim-dietoloqun hansı xanım namizədin “bostanına daş atdığını” araşdırmaq qərarına gəldik. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında 85-ci dairədən iki xanım namizədin qeydə alındığı görsənir. Onlardan biri – öz təşəbbüsü və bitərəf kimi namizədliyi irəli sürülən Azərbaycan Dillər Universitetinin prorektoru Cəfərova Tamam Şaməmməd qızıdır. Digəri isə 1993-cü il doğumlu və Şamaxıdakı kolleclərdən birində müəllim işləyən Zahirova Günel Fəramin qızıdır. Hazırda Şamaxıda Tamam Cəfərovanın daha aktiv seçki təbliğatı apardığını nəzərə alsaq, böyük ehtimalla dietoloqun hədəfinə tuş gələn məhz bu xanımın olduğunu iddia etmək mümkündür. Ləman Süleymanova ilə əlaqə saxlayıb, bu məsələyə tam aydınlıq gətirmək cəhdlərimiz isə alınmadı. Ancaq onun səhifəsində paylaşılan məlum postun aşağısında gedən müzakirələrdən məlum oldu ki, dietoloq məhz Tamam Cəfərovanı nəzərdə tutur. Səslənən ittihamlarla bağlı Tamam xanımın da mövqeyini dərc etməyə hazırıq.

Çinarə SEYİDOVA,

Check Also

Qurban Qurbanov: “Ordumuz uğurla irəliləyir”

“Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri …