Cümə axşamı , 9 May 2024
Drone Cameras

Tarixdə bu gün: Manatın dövriyyəyə buraxılmasından 28 il ötür.

Bu gün 15 avqust Azərbaycanın milli pul vahidi – Manatın dövriyyəyə buraxılmasından 28 il ötür.


Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycanın öz milli pulunu yaratması önəmli vəzifələrindən biri idi. Eks prezident Əbülfəz Elçibəyin 15 iyul, 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanıyla Azərbaycan milli pul vahidi manat istifadə edilməyə başlandı.

Əskinaslar – 1, 5, 50, 100, 250, 500, 1000 manat və sikkələr – 5, 10, 20 və 50 qəpik bir neçə il içində – 1992-ci ilin avqust ayından 1994-cü ilin yanvar ayına qədər mərhələli şəkildə buraxıldı. 1994-cü ildə Almaniyanın “Giesecke Devrient” şirkəti tərəfindən 10 000 manat, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manat kağız əskinaslar buraxıldı.

15 Avqust Azərbaycan Manatı Günü

Dövlət başçısı İlham Əliyevin 7 fevral 2005 tarixli fərmanıyla 1 yanvar 2006-cı ildən etibarən yeni manat istifadə edilməyə başlandı. Beləcə köhnə manatdakı sıfırlar çıxarıldı və manatın dəyəri yüksəldi. Bununla da, 1 yeni manat 5 min köhnə manata bərabar oldu.

Bir il boyunca köhnə və yeni manat dövriyyədə birgə istifadə edildi. 1 yanvar 2007-ci ildən isə sadəcə yeni manat istifadə edildi. Yeni manat 1, 5, 10, 20, 50, 100 manatlıq kağız əskinaslar və 1, 3, 5, 10, 20, 50 qəpiklərdən ibarət idi. Yeni manatı Avstriyanın “OeBS”şirkətinin dizayneri və avronun müəllifi Robert Kalina dizayn etdi.

15 Avqust Azərbaycan Manatı Günü

Cənubi Qafqazın ən güclü pul vahidi olan manat 21 fevral 2015-ci ildə ilk dəfə kəskin ucuzlaşdı – 0,78 AZN/USD-dan 1,05 AZN/USD-ə qədər. Azərbaycan Mərkəzi Bankı manatın 34% ucuzlaşdırılmasına dair qərar verdi. Əsl səbəb isə 1990-cı illərin başından manata dəyər qazandıran neftin dünya bazarında ucuzlaşmağı idi.

Check Also

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi …