Cümə , 20 Mart 2026
Drone Cameras

Tramp: “ABŞ qoşunlarının Yaxın Şərqə daxil olması tarixin ən böyük səhvidir”

ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi dövlətin tarix boyunca yol verdiyi ən böyük səhvi açıqlayıb.

Boyukmillet.com “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu mətbuat orqanına müsahibəsində Tramp Amerika qoşunlarının onun sələfi kiçik Corc Buş tərəfindən Yaxın Şərqə yeridilməsini ən böyük səhv adlandırıb.

“Ola bilsin ki, əsgərləri oradan çıxarmaq göstərişi vermiş Obama düzgün hərəkət etməyib, amma məncə, əsgərlərin ora müdaxiləsi ölkəmizin tarixində yol verilmiş ən böyük səhvdir”, – Tramp deyib.

ABŞ Yaxın Şərq kampaniyasına 7 trilyon dollar vəsait sərf edib, hər iki tərəfdən canlı qüvvə itkilərinini sayı isə milyonlarladır. “Milyonlarla həyat”, – prezident vurğulayıb.

“Ölkəmiz üçün Yaxın Şərqə yollanmaq barədə qərarın verildiyi gün pis gün olub, əminəm”, – Tramp əlavə edib.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir