Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə çatana qədər davam edəcək.

Boyukmillet.com-un məlumatına görə, o, bu barədə Kentukki ştatının Hibron şəhərində çıxışında deyib.

“İş bitənə qədər getməyəcəyik. Bu, çox sürətli olacaq”, – Amerika lideri bildirib.

Tramp həmçinin son 11 gündə ABŞ-nin Silahlı Qüvvələrinin İranı faktiki məhv etdiyini iddia edib.

Onun sözlərinə görə, artıq İranın radarları və ya hava hücumundan müdafiə sistemləri yoxdur. Tramp həmçinin bildirib ki, Tehran tərəfindən buraxılan raket və dronların sayı əməliyyatın əvvəli ilə müqayisədə müvafiq olaraq 90 % və 85 % azalıb.

Bundan əlavə, ABŞ Prezidenti əməliyyat zamanı İran Hərbi Dəniz Qüvvələrinin 58 gəmisinin məhv olunduğunu iddia edir.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …