Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Tramp: ABŞ Venesuelada gizli silah tətbiq edib

ABŞ hərbçiləri Venesuelada əməliyyat zamanı gizli silah tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində bildirib.

Ağ Ev rəhbəri bu silah haqqında danışmağa icazənin olmadığını deyib və onu “the discombobulator” (çaşdırıcı) adlandırıb. “Onlar raketləri havaya qaldıra bilmədilər. Rusiya və Çin raketləri var idi, amma havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işləmədi”, – nəşr Trampdan sitat gətirib.

Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Tramp iddia edib ki, Amerika qüvvələri Venesuelada əməliyyat zamanı əvvəllər heç kimin eşitmədiyi silahları tətbiq ediblər.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …