Bazar , 19 May 2024
Drone Cameras

Tramp bəzi ştatlarda peyvənd olunmanın sürətini pislədi

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bildirib ki, Amerikanın bəzi ştatları koronavirus əleyhinə vaksinləməni olduqca ləng keçirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

“Bəzi ştatların federal hokümət tərəfindən vaksinlərin müvəffəqiyyətli və çox genişmiqyaslı bölgüsünə baxmayaraq, vaksini alanlar peyvəndi çox ləng edir. Onlar bunu edəcəklər!” – Tramp tvitterdəki səhifəsində yazıb.

ABŞ-da “Pfizer” və “BioNTech” şirkətlərinin preparatı ilə koronavirusdan kütləvi vaksinləmə dekabrın 14-də başlayıb. Daha sonra “Moderna” şirkətinin peyvəndi də istifadəyə bəyənilib.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların sayı 20 milyonu keçib. Mütəxəssislər ölkədə virusa 20 007 149 yoluxma halını aşkarlayıb. ABŞ-da virusdan ölüm hallarının sayı isə 346,4 mini ötüb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …