Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Tramp Baydenə 10 dəfə debat keçirməyi təklif edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində hazırkı Amerika lideri Cozef Baydenlə debat etməyə həvəsli olduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, Tramp bu istəyini radioaparıcı Hyu Hyittlə müsahibəsində qeyd edib.

“Bəli, bunu səbirsizliklə gözləyəcəm! Bəs 10 raund necə? 10 dəfə debat etmək necə olar?”, – deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd, seçki dəstəyi baxımından debatları əlverişsiz hesab edərsə, debatdan imtina edə bilər. Donald Tramp əvvəllər respublikaçıların digər namizədləri ilə debatlarda iştirakdan imtina edib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …