Şənbə , 28 Fevral 2026
Drone Cameras

Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat qrupuna istinadən məlumat yayıb.

İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq”, – Tramp yeni sənəd haqqında söyləyib.

Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində açıqlamışdı.

Check Also

Tramp Kubanı ABŞ neftindən asılı vəziyyətə salmağa çalışır – Bloomberg

Tramp administrasiyası ölkənin özəl sektoruna yanacaq tədarükünə icazə verməklə Kubanı ABŞ neftindən daha çox asılı …