Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır.

Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Mayamidə keçirilən investisiya forumunda bildirib.

“Bizim 3 554 hədəfimiz qalıb və bu, kifayət qədər qısa zamanda həyata keçiriləcək”, – o deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …