ABŞ prezidenti Donald Trampın “Türkiyənin kürdləri vuracağı təqdirdə, onları iqtisadi cəhətdən yıxarıq” fikrinə komunikasiya naziri Fahrettin Altun cavab verib.
boyukmillet.com-un məlumatına görə, nazir deyib ki, Türkiyə kürdlərin düşməni deyil.
Altun vurğulayıb ki, Türkiyə kürdlərin himayəçisidir: “Türkiyənin kürdlərlə hər hansı bir problemi yoxdur. Bizim üçün əsas məsələ beynəlxalq təhlükəsizliyimizdir. Türrorla mübarizəmizin də əsas hədəfi budur. Terrorizmin qaynağı istər ideoloji, istər dini, istərsə də etnik məsələ olsun fərq etməz, terror, terrordur və onun kökü kəsilməlidir. Türkiyə Suriyada da terrora qarşı vuruşur. Bizim mübarizəmiz PKK və onun Suriyadakı əlaqələri ilədir. PYD, YPG terror təşkilatıdır. Türkiyə terrorla mübarizəni qətiyyətlə davam etdirəcək”.
ABŞ prezidenti Donald Tramp Suriyadan çəkilməsi ilə bağlıöz Twitter hesabından paylaşmasında Türkiyəni də hədəf seçib: “ İŞİD terrorçularına qarşı mübarizədən sonra Suriyadan çəkilməyə başlayırıq. Əgər İŞİD təkrar toparlanarsa, o zaman yaxınlıqlardakı hərbi bazalardan onları hücum edəcəyik. Türkiyə kürdlərə qarşı hücum edərsə, onları iqtisadi cəhətdən məhv edərik. 20 minlik bir etibarlı bir bölgə quracağıq. Eyni zamanda, kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik. Rusiya, İran və Suriya ABŞ düşmənləri olan İŞİD-in Suriyada məhv edilməsindən qazanan ölkələr olacaq. Təbii, biz də faydalanacağıq, amma indiki mərhələdə hərbçilərimizin evlərinə dönmə zamanıdır…”
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Trampın bu bəyanatına cavab olaraq deyib ki, Türkiyə kürdlərlə deyil, terrorçularla döyüşür: “Kürdləri və suriyalıları bütün növ terror təhdidindən qoruyacağıq. Kürdləri PKK və onun Suriya qolu olan PYD/YPG ilə eyni tutmaq çox böyük səhvdir. Biz ABŞ-dan strateji tərəfdaşlıq öhdəliklərinin yerinə yetirməsini gözləyirik”.