Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Tramp Vensin prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqladı

ABŞ prezidenti Donald Tramp hələlik 2028-ci il prezident seçkilərində ABŞ-ın hazırkı vitse-prezidenti J.D.Vensi öz namizədi kimi açıq şəkildə dəstəkləməyə hazır deyil.

Boyukmillet.com xəbər verir ki, Tramp bu barədə jurnalistlərin sualını cavablandırarkən danışıb. O, Respublikaçılar Partiyasının donorlarına Vensi prezidentliyə namizəd kimi görmək istədiyini şəxsi şəkildə dediyinə dair “Washington Post” qəzetinin xəbərini şərh edib: “Xeyr. Bunu bu yaxınlarda eşitdim. Düşünürəm ki, o, möhtəşəmdir, amma bu barədə düşünmək üçün hələ çox tezdir”.

Özünün ABŞ prezidentliyindən nə vaxt gedəcəyi barədə danışan Tramp qeyd edib: “Bu, xeyli vaxt apara bilər. Kim bilir. Amma bu, çox tez də ola bilər. Deyirlər ki, daha iki il yarım. Görəcəyik”.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …