Cümə , 13 Noyabr 2026
Drone Cameras

Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını bloklamaqla bağlı çıxışından sonra neftin qiyməti bahalaşıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Hörmüz boğazının bağlanması şayiəsi ilə neftin qiymətində kəskin sıçrayış baş verib”, – məlumatda qeyd olunub və WTI markalı neftin qiymətinin 105 dolları keçdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ və Avropa şirkətlərini benzinin qiymətinin bahalaşması ilə hədələyib.

Check Also

Azərbaycan nefti 100 dollardan enib

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin …