Bazar , 15 Mart 2026
Drone Cameras

Trampın iqamətgahının ərazisinə girmək istəyən silahlı şəxs zərərsizləşdirilib

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı – Mar-a-Laqo ərazisinə qanunsuz daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdirib.

Boyukmillet.com xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.

Check Also

SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Bu barədə …