Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Trampın İranla bağlı bəyanatlarından sonra neftin qiyməti 4 %-dən çox artıb

ABŞ Prezidenti Donald Trampın İranın dəniz blokadasının bərpa edilməsi barədə bəyanatından sonra dünyada neftin qiyməti kəskin artıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

ICE birjasında “Brent” neftinin oktyabr fyuçerslərinin qiyməti 4,5 % – bir barel üçün 79,44 ABŞ dollarına qədər artıb. Hərraclar zamanı kotirovkalar təxminən bir ay ərzində ilk dəfə bir barel üçün 80 ABŞ dollarını aşıb.

Avqustda çatdırılması nəzərdə tutulan WTI neftinin fyuçersləri 4,45 % – bir barel üçün 74,59 ABŞ dollarına qədər bahalaşıb.

Qiymət artımı Trampın “Truth Social”da blokadanın bərpa olunduğunu elan etdiyi paylaşımından sonra baş verib. Onun sözlərinə görə, məhdudiyyətlər yalnız İran gəmilərinə və onların müştərilərinə şamil ediləcək, digər ölkələr üçün isə Hörmüz boğazı açıq qalacaq.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …