Bazar ertəsi , 25 May 2026
Drone Cameras

Trampın Yaxın Şərq və Pakistan rəhbərlərindən bu istəyi hamını təəccübləndirib

ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı bir neçə Yaxın Şərq ölkəsi və Pakistan liderlərini Vaşinqton və Tehran sülh razılaşmasına nail olarsa, İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı İbrahim Sazişlərinə qoşulmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Axios iki ABŞ rəsmisinə istinadən yayıb. Bildirilir ki, 23 may tarixində Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı zamanı ABŞ prezidenti İran münaqişəsi bitdikdən sonra İbrahim Sazişlərinə qoşulmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.

Portalın məlumatına görə, İsraillə diplomatik münasibətləri olmayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri Trampın xahişindən təəccübləniblər: “Telefonda sükut hökm sürürdü və Tramp zarafatla hamının hələ də telefonda olub-olmadığını soruşdu”.

Amerika lideri qeyd edib ki, xüsusi elçisi Stiv Vitkoff və sahibkar Cared Kuşner yaxın həftələrdə bu ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılması üzərində işləyəcəklər.

Daha əvvəl ABŞ prezidenti “Truth Social”da İranın gələcəkdə İbrahim Sazişlərinə qoşulmaq istəyə biləcəyini irəli sürmüşdü.

İbrahim Sazişləri 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bəzi ərəb ölkələri tərəfindən əldə edilib. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsrail ilə münasibətləri normallaşdırıblar. 2021-ci ildə Sudan yəhudi dövləti ilə diplomatik münasibətlər qurduğunu elan edib. Bu razılaşmalardan əvvəl İsrail yalnız Misir və İordaniya ilə diplomatik münasibətlər qurmuşdu.

Check Also

Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolundan DANIŞDI

Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq. Bunu Ermənistan …