Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri Aralıq dənizində yunanlarla anlaşıb, Cənubi Kiprin qərbində qaz kəşfiyyat quyuları qazan Almaniya, Fransa, İngiltərə, İtaliya və Malta bayraqları altında üzən 7 gəminin qazma işlərini aparmasını icazə verməyərək, onların işini dayandırıb.
boyukmillet.com xəbər verir ki, bununla da Türkiyə Hərbi Dəniz Qüvvələri Yunanıstan və Kiprin yunan kəsimi tərəfindən Aralıq dənizində işğal planlarını reallaşdırılmasına imkan verməyib.
Ankara bununla da beynəlxalq hüquqa söykənərək, öz milli maraqlarını təmin etmiş olub.
Qeyd edək ki, bir müddət öncə Kiprin yunan kəsimi Şimali Kipr Türk Cumhuriyyətinin maraqlarını nəzərə almadan, Aralıq dənizində qaz yataqlarının kəşfi istiqamətində qazma işlərinə başlayıb. Ankara onların razılığı olmadan Aralıq dənizində qaz axtarışı istiqamətindəki axtarışların aparılmasını maraqlarına zidd olduğunu və buna imkan verməyəcəklərini dəfələrlə bəyan edib. Buna məhəl qoymadan Aralıq dənizində bir sıra ölkələrin bayraqları altında qazma işləri aparan gəmilərin nəticədə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər tərəfindən işləri dayandırılıb.