Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyədə “Bir millət, iki dövlət” gecəsi – FOTOLAR

interpress.az xəbər verir ki, TİKA və “Palmali” şirkətlər qrupunun dəstəyi, Azərbaycan Türkiyə Evi və İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən sənət gecəsində Azərbaycan və Türkiyədən seçilmiş simalar iştirak edib. Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən tədbir Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoyun çıxışı ilə açıq elan olunub. Çıxışçılar Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən və bugünkü inkişafından danışıblar.

Azərbaycanlı sənətçilər Flora Kərimova, Fidan Hacıyeva, Elçin Cəfərov, Rövşən Civişov, Maarif Mustafayevin möhtəşəm ifaları ilə davam edən gecədə Gülnarə Xəlilovanın təqdimatı ilə Azərbaycan milli geyimləri nümayiş olunub.

Qeyd edək ki, tədbir həmçinin siyasətçilər, bürokratlar, iş adamları və media nümayəndələrinin böyük marağına səbəb olub.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir