Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü – 18 yaralı var – Foto

Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.

Boyukmillet.com DHA-ya istinadən xəbər verir ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.

Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.

Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.

İstanbulun Kadıköy səmtində seçki məntəqəsinin qarşısındakı davada isə bir nəfər bıçaqlanıb.

Beləliklə, 3 ayrı yerdə qeydə alınan davalarda ümumilikdə 18 nəfər yaralanıb.

Qeyd edək ki, səhər saatlarında Malatya şəhərinin Pütürge qəsəbəsində sandıq başında silahlı dava zamanı 2 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb.   /Qafqazinfo/


 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir