Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə İŞİD-i təkbaşına məhv etməyə hazırlaşır

Türkiyə təkbaşına Suriyada İŞİD terror qruplaşmasını məhv edə bilər.

boyukmillet.com-un xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, bununla belə Ankara digər ölkələrlə – İran və Rusiya, həmçinin koalisiya partnyorları ilə tərəfdaşlıq etməyə hazırdır.

Nazirin bildirib ki, Türkiyə və ABŞ amerikalı hərbçilərinin Suriya ərazisindən çıxarılmasına qədər Manbic üzrə yol xəritəsini razılaşdırıblar.

Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib. Dövlət başçıları telefon söhbəti zamanı kürd qruplaşmalrının fəaliyyətini müzakirə ediblər.    /oxu.az/

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir