Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”

“Mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə “S-400” zenit-raket kompleksinin satışı ilə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.

O, danışıqların detalları haqda məlumat verməyib: “Onu açıqlamaq düz olmazdı”.

Türkiyənin Rusiyadan “S-400” alınması ilə bağlı danışıqlar aparması ötən ilin noyabrında məlum olub.

Qeyd edək ki, bir müddət əvvəl Fikri Işık bu kompleksin əldə edilməsi ilə bağlı müqavilənin imzalanmasının bir addımlığında olduqlarını bildirmişdi. 

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir