Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Türkiyə ordu göndərməsinin sirrini açdı: Oyunu pozduq

Biz Qətərə ona görə ordu göndərdik ki, Qərb Türkiyəni nəzərə almadan hərəkət etməsin.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Meşə və Su İşləri naziri Veysəl Əroğlu Türkiyənin Qətərə əsgər göndərməsi ilə bağlı açıqlamasında deyib.

“Oralar bizim könül coğrafiyamızdır. Bizim əsgərlərin oraya getməsi lazım idi. Çünki Qətər ilə oyun oynanılırdı. Türkiyənin də daxil olduğu bir oyun planlaşdırılırdı. Bunun qarşısını almaq üçün Türkiyə Qətərə getdi. Və biz indi oradayıq. Qərb bizi nəzərə almadan hərəkət etməsin deyə, biz də ora getdik”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Qətərdə hərbi baza açması ilə bağlı müqavilə 2014-cü ildə imzalanıb və Ankara bu addımı NATO ilə məsləhətləşmələrdən sonra atıb.

Hazırda Qətərdəki Türkiyə hərbiçilərinin sayı 113 nəfərdir. Bu bazaya 2500 türk hərbiçisinin yerləşdirilməsi nəzərdə tutulur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir