Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Türkiyə prezidenti: “Suriyanın Menbiç bölgəsində yeni bir mərhələyə başlayırıq”

“Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ankara terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək: “Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir müddətdir sərhədlərimiz daxilində və ya onun xaricində həyata keçirdiyi əməliyyatlar bunun təsdiqidir. İndi Münbiçdə yeni bir mərhələyə başlayırıq. Sərhədlərimizdə bir terrorçu qalmayana və suriyalı qardaşlarımız evlərinə dönənədək bu əməliyyatlarımızı davam etdirəcəyik. Bu məsələdə kimsə bizə mane ola bilməz. Həqiqi dostlarımız yanımızda olanlardır. Türkiyəyə bu istiqamətdə yönələn hədələrə baxmayaraq, terrorçuların yanında olanları da unutmayacağıq”. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir