Hüseyin Lazip Diriöz Türkiyənin Rusiyadakı yeni səfiri təyin olunub.
“Report” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat verib.
60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO Əməkdaşlıq Departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media Departamentinin başçısı olub.
H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində çalışıb.
O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.
Qeyd edək ki, “Hurriyet” qəzeti daha əvvəl Ü.Yardımın Türkiyə xarici işlər nazirinin müavini vəzifəsinə təyinat ala biləcəyini yazmışdı.
Check Also
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …
Boyukmillet.com Biz yanmasaq vətən yanar