Bazar , 22 Mart 2026
Drone Cameras

Türkiyə Super Liqasında növbəti mövsümün başlama vaxtı açıqlanıb

Futbol üzrə Türkiyə Super Liqasında 2017-2018 mövsümünün başlanma vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar verib. Qərara əsasən, yüksək liqaya avqustun 11-də start veriləcək. Cari mövsümün çempionu və ölkə kubokunun qalibi arasında Türkiyə Super Kuboku uğrunda matç isə avqustun 6-da olacaq. Superkubok oyununun yeri və növbəti mövsümlə bağlı bütün planlaşdırmalar növbəti həftələrdə açıqlanacaq.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında Azərbaycan yığmasının üzvlərindən yalnız Deniz Yılmaz çıxış edir. O, “Bursaspor” klubunda forma geyinir. Slovakiya “Jilina”sında icarə əsasında oynayan Ramil Şeydayev isə müqavilə əsasında “Trabzonspor”a məxsusdur. 

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir