Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Türkiyə terrorçuların kökünü kəsməkdə qərarlıdır

15 iyul çevrilişindən keçən müddətdə silsilə terror aktlarının qarşısı necə alındı?

Türkiyədə 2016-cı ilin 15 iyulunda hərbi çevriliş cəhdinin iflasa uğramasından iki ildən artıq keçir. Diqqətçəkən və sevindirici məqamlardan biri odur ki, 15 iyul çevriliş   cəhdindən əvvəlki illərdə qardaş ölkənin iri şəhərlərində çoxsaylı insanların həlak olması ilə müşahidə olunan silsilə terror aktları bu müddətdə təkrarlanmır. 2016-cı dekabrın 31-də İstanbulda “Reyna” əyləncə məkanında çoxlu sayda insanın qətlə yetirilməsi ilə nəticələnən terror aktı istisna olmaqla, 15 iyul çevriliş cəhdindən keçən müddətdə böyük miqyaslı terror aktı həyata keçirilməyib.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bunun bir neçə ciddi səbəbləri var.

Bunu ilk növbədə şanlı türk ordusunun adına yazmaq lazımdır. Çünki artıq bir neçə ildir ki, irimiqyaslı, planlı antiterror əməliyyatları aparılır. Son dövrlərdə isə antiterror əməliyyatları bilavasitə PKK-nın mərkəzi orqanlarının yerləşdiyi Qəndil bölgəsində çox ciddi şəkildə həyata keçirildi: “Əməliyyatlar əvvəlcə havadan zərbələr şəklində həyata keçirilirdi, Qəndil dağı və onun ətrafındakı bölgələrdə PKK düşərgələri ciddi aviazərbələrə məruz qalırdı. Aviazərbələrlə bərabər İraq ərazisində müəyyən mövqelərdə hərbi postlar qurulmağa başladı və bu hərbi postlar geniş əsgəri heyətə, artilleriya qüvvələrinə, kiçik çaplı tank qoşunlarına da sahib olmaqla çox böyük zərbə qüvvəsinə malik idi. Mənim zənnimcə, İraq ərazisindəki Şimali Kürdüstanda müstəqillik referendumu keçirildikdən sonra PKK-nın bir hissəsi də Qəndildən Sincana, Sincandan isə Şimali Kürd Muxtariyyətinə doğru hərəkət etdi və Məsud Bərzaninin müstəqillik hərəkatına qarşı bütün ərəb dövlətləri, o cümlədən də Türkiyə hərəkətə keçdi. Əlində bunu əsas tutan Türkiyə təkcə Qəndil bölgəsində deyil, həmçinin Sincana geniş hərbi əməliyyatlar təşkil etdi. Üstəlik də müstəqillik referendumu baş tutmadıqdan sonra mövqeyi qırılmış Məsud Bərzanidən PKK-çıların ya bölgədən çıxarılmasını, ya da təhvil verilməsini Türkiyə tələb etdi.

Ä°lgili resim

O isə ərazidən PKK-çıların çıxarılmasına üstünlük verdi. Beləliklə, PKK-çılar İraq ərazisində müxtəlif yerlərdə gizlənməyə başladılar. Türkiyənin xüsusi xidmət qüvvələri isə onları ciddi surətdə izləməklə taparaq böyük qisminin məhv edilməsinə nail oldu. Beləliklə, göründüyü kimi, İraq ərazisindəki müxtəlif hadisələr, Türkiyə ordusunun apardığı əməliyyatlar PKK-nın əl- qolunu xeyli sındırmış oldu. Türkiyədə silsilə qanlı terror aktlarının dayanmasının səbəblərindən biri bu amildir. Son iki ildə PKK-ya qarşı aparılan qərarlı mübarizə səviyyəsində mübarizə indiyə qədər aparılmamışdı. İndiyə qədər aparılan mübarizələr yalnız mövsümi xarakter daşıyırdı, bəlli bölgələri əhatə edirdisə, bu dəfə PKK-çıların yerləşdiyi bütün bölgələrdə, hətta İraq ərazisində genişmiqyaslı əməliyyatlar aparıldı. PKK-nın əsas sığınacaqları, bazaları məhv edildi. Nəticədə PKK zəifləmiş bir quruma çevrildi. İndi PKK-çıların böyük bir qismi ya Avropaya gedib, bir qismi qanunun verdiyi peşmançılıq hüququndan yararlanaraq Türkiyədən əfv diləyib ölkə ərazisinə qayıdıblar. Az sayda heyət isə İran və İraq ərazisində gizlənməkdə davam edirlər. Türkiyə xüsusi xidmət orqanları da onlara qarşı mübarizəni xüsusi metodlarla davam etdirir. Türkiyə hakimiyyəti bir sıra xarici ölkələrin PKK-ya yardımının xeyli dərəcədə azalmasına da həmin ölkələrlə danışıqlar apararaq nail ola bildi. Beləliklə, zəifləyən PKK əvvəllər olduğu kimi, silsilə böyük terror aktları həyata keçirə bilmək imkanlarını itirdi”.

PKK-ya darbe ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, ikinci səbəb 15 iyuldan  sonra FETO-çulara qarşı aparılan əməliyyatlar, onların ifşa olunması, dövlət, hökumət orqanlarından, silahlı qüvvələrdən təmizlənməsi və yıpradılmalarıdır: “FETO-çuların içərisində də PKK ilə əlaqəli adamlar, hərbçilər var idi. Həmin adamlar mühüm dövlət orqanlarında işləməklə PKK-ya həm hərbi sirr ötürür, həm də onlara maliyyə və digər yardımlar edirdilər. Türkiyədə hərbi çevrilişə cəhd edənlərin içərisində PKK-ya bağlı kürd əsilli adamlar da az deyildi. PKK-nın bir sıra ”uğurlu” terror aktlarına onlar da yardım edirdilər. 2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğraması FETO-nun çöküşü ilə nəticələndi və Türkiyədə terror aktlarının xeyli dərəcədə azalmasında bu amil də öz sözünü demiş oldu”.

Q.Hüseynli qeyd etdi ki, daha bir səbəb Türkiyənin Rusiya ilə münasibətlərinin düzəlməsidir: “Bəllidir ki, PKK-nın yaradılmasında Sovet İttifaqının, ayaq üstə qalmasında isə Rusiyanın rolu olub. Bu da hər kəsə məlumdur ki, Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşı olmadığı zamanlarda PKK Türkiyədə terror aktları həyata keçirirdi. Son iki ildə Türkiyə-Rusiya münasibətlərinin istiləşməsindən sonra PKK-nın imkanları bir qədər də daralmış olub”.

Həmsöhbətimizin sözlərinə görə, İŞİD-in bölgədə xeyli dərəcədə sarsıdılmasının da Türkiyədə terror hadisələrinin təşkil edilməməsində müəyyən rolu var: “Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda fəal iştirakı bu terror təşkilatının sarsılmasında ciddi təsirini göstərmiş oldu. 

Bir sözlə, Türkiyə dövləti və hökuməti terror aktlarını törədən köklərin xeylisinin qurudulmasına nail ola bildi”.

“Yeni Müsavat”

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir