Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Tunisdə dövlət qurumlarında niqab geyinilməsi qadağan edilib

Tunis hökuməti təhlükəsizliyin təmin olunması ilə əlaqədar rəsmi dövlət qurumlarında niqabın geyinilməsini qadağan edən qərar qəbul edib.

boyukmillet.com-un “Jakarta Post”-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Tunisin baş naziri qərar imzalayıb.

Qeyd edək ki, niqab və üzü tamamilə gizlədəcək digər geyimlərlə bağlı bənzər qadağalar Fransa, Belçika, Hollandiya, İsveçrə və digər Avropa ölkələrində qəbul edilib, eləcə də Əlcəzayirdə hakimiyyət qadınların işə niqab geyməsini qadağan edib.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …