Çərşənbə axşamı , 2 İyun 2026
Drone Cameras

Türkiyə-Ermənistan yaxınlaşması regionu dəyişəcək

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda qüvvələr balansına ciddi təsir göstərə bilər”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu analitik mərkəzi olan “Stratfor”un hesabatında deyilir.

Təhlilçilərə görə, Ankara ilə İrəvan arasında yaxınlaşma həm Türkiyənin regional rolunu gücləndirə, həm də Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər.

“Beyin mərkəzi” qeyd edir ki, son illərdə Ermənistan və Türkiyə uzun fasilədən sonra münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayıb: “Bu proses xüsusilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha nəzərəçarpan xarakter alıb”.

“Stratfor” hesab edir ki, Ermənistan paralel şəkildə Rusiyadan daha müstəqil siyasət yürütməyə, Qərblə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini genişləndirməyə çalışır. Bu fonda Ankara ilə münasibətlərin yaxşılaşması İrəvan üçün yeni iqtisadi və geosiyasi imkanlar yarada bilər.

post-img

Mərkəzin təhlilinə görə, Türkiyə Ermənistanla yaxınlaşma nəticəsində Avropa, Qafqaz və Yaxın Şərq arasında əsas geosiyasi bağlantı nöqtəsi kimi mövqeyini daha da gücləndirə bilər. “Stratfor” bu vəziyyətin həm də regionda İranın təsir imkanlarını müəyyən qədər zəiflədə biləcəyini qeyd edir.

Analitiklər Ermənistan üçün mümkün üstünlüklər arasında yeni ticarət marşrutlarının açılmasını, Qərb bazarlarına çıxış imkanlarının genişlənməsini və xarici iqtisadi əlaqələrin şaxələndirilməsini göstərirlər. Bununla yanaşı, “Stratfor” vurğulayır ki, Moskvanın təsiri hələ də əsas məhdudlaşdırıcı faktorlardan biri olaraq qalır.

Təhlilçilərə görə, Rusiya Ermənistanın Türkiyə və Qərblə həddindən artıq yaxınlaşması halında iqtisadi rıçaqlardan istifadə etməyə çalışa bilər. Ayrıca qeyd olunur ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması yalnız xarici amillərdən deyil, həm də Ermənistan daxilindəki siyasi proseslərdən və gələcək seçkilərin nəticələrindən asılı ola bilər. “Yaxınlaşma prosesi davam etsə belə, bu, sürətli deyil, mərhələli və geosiyasi məhdudiyyətlər daxilində inkişaf edən bir proses olacaq”, – deyə təhlildə vurğulanır.

Check Also

Tramp Azərbaycana yeni səfir namizədi irəli sürüb

ABŞ Prezidenti Donald Trump Azərbaycana yeni səfir təyin etmək üçün namizədini Senata təqdim edib. Ağ …