Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Xankəndiyə səfər ediblər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.

Report-un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində baş tutub.

Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Qonaqlar Xankəndiyə səfər zamanı Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …