Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə Prezidenti və Əbu-Dabi vəliəhdi arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyanla arasında telefon danışığı olub.

Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir ki, danışıqlarda iki ölkə arasındakı münasibətlər və regional mövzular diqqət mərkəzində olub.

Dövlət rəsmiləri ikitərəfli əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.

BƏƏ-nin rəsmi agentliyi WAM Ərdoğan və Nəhyanın ikitərəfli münasibətlərin, dostluq əlaqələrinin iki xalqın və ölkənin ortaq mənafelərinə xidmət edəcək şəkildə gücləndirməyin, inkişaf etdirməyin yollarını müzakirə etdikləri qeyd edib.

Ərdoğanla Nəhyan ortaq maraqlar, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …