Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə və İraq arasında tarixi anlaşma İMZALANDI

Türkiyə xarici işlər naziri Hakan Fidan və İraq baş nazir müavini, xarici işlər naziri Fuad Hüseyn arasında “Su Sahəsində Əməkdaşlıq Çərçivə Anlaşması” imzalanıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyə XİN başçısı sənədin iki ölkə tarixində ilk olduğunu vurğulayaraq, bunun İraq tarixində ən böyük infrastruktur yatırımı olacağını deyib.

Qeyd olunur ki, bu mexanizm, Türk şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin İraqdan əldə olunan neft gəlirləri ilə maliyyələşdirilməsini təmin edəcək.

Bu təşəbbüs su resurslarının daha səmərəli istifadəsinə və regionda uzunmüddətli həllərin tapılmasına töhfə verəcək.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …